Bu elektron sənəd siz-donorların (könüllü olaraq müalicə məqsədləri üçün qanını
və ya qan komponentlərini verən şəxs) https://qanver.info veb-saytında “Qan ver”
xidmətindən yararlanması məqsədilə Sizə məxsus fərdi məlumatların toplanması,
işlənməsi və aidiyyəti digər məsələlərə dair “Razılıq”dır. Xidmətdən istifadə
etməzdən öncə siz–donorlar bu Razılığı qəbul etməklə “Fərdi məlumatlar haqqında”
Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinin tələblərinə uyğun olaraq
fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilir
və aidiyyəti digər şərtləri qəbul edirsiniz.
Sizə dair fərdi məlumatların toplanması fövqəladə hallarda, müharibə dövründə, müəyyən
xəstəliklərlə və ya digər səbəblərlə əlaqədar qana ehtiyacı olan şəxslərlə donorlar
arasında əlaqə yaratmaq məqsədi daşıyır.
https://qanver.info veb-saytı Azərbaycan Respublikasında qan donorlarını bir yerə toplayan
elektron platformadır. Donor tələb olunan fərdi məlumatları öz istəyi ilə doldurduqdan sonra
bu platformada ona təqdim edilən “Qan ver” xidmətindən istifadə hüququ əldə edir.
Donor https://qanver.info platformasının “Vasitəçi” qismində çıxış etdiyini bilir və verdiyi qanın
“qan xidmətləri müəssisələri (donorun müayinəsi, qanın, qan komponentlərinin tədarükü, emalı, yoxlanılması,
saxlanması və bölüşdürülməsini təmin edən tibb müəssisəsi)” vasitəsilə resipiyentlərə (qanın və ya qan
komponentlərinin köçürüldüyü şəxslərə) təqdim edildiyini qəbul edir. Donorların təqdim etdiyi yalnış
məlumatlar, bu məlumatlardan qaynaqlanan xoşagəlməz hallar və ya digər hüquqazidd hərəkətləri barədə
https://qanver.info heç bir məsuliyyət daşımır.